İmamqulubəyli kəndində evlərinə zərər dəymiş sakinlərə yardımlar göstərilir

Əvvəlki saylarımızda da xəbər verdiyimiz kimi   vətən müharibəsi dövründə  rayonumuzun ayrı-ayrı ərazilərində ev ya tamamilə dağılmış, ya da müəyyən dərəcədə zərər çəkmişdir. Belə inzibati ərazi vahidlərindən biri də İmamqulubəyli kəndidir. Sözügedən kənddə  həmin dövrdə   düşmənin atdığı mərmilər  nəticəsində 2 ev  qismən dağılmış, 10 evə isə ziyan dəymişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin  İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaliq Rəhimovun dediklərinə görə, dağılmış evlərin sahibləri Duman Əlizadə, Seymur Zeynalova lazımi dövlət yardımı göstərilib.Ziyan çəkmiş evlərin sakinlərinə də müəyyən köməkliklər göstərilməsi nəzərdə tutulur. Bununla yanaşı Duman Əlizadəyə  məxsus olan 6 baş qoyun-quzu tələf olmuşdur. Kənd ərazisində yerləşən qeyri yaşayış obyektlərinə gəlincə heç bir ziyan dəyməmişdir.

                       Hüseyn QULUZADƏ

Şərhlər