Yenə də cərimə- 2 toy 1 yas mərasimi

İyulun 29-da Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19
pandemiyası əleyhinə görülən tədbirlər zamanı müvafiq qərarı pozaraq toylarda
icazə verilən saydan artıq qonaq qəbul etdiyinə görə rayon ərazisində yerləşən
“Xaçın çay” şadlıq sarayının sahibi Vüqar Gülmalıyev 4000 manat, həmin toy
mərasimini təşkil edən Qaravəlli kənd sakini Tələt Tağıyev isə 200 manat
məbləğində inzibati cərimə olunmuşdur.


Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti reyd zamanı
Qaradolaq kənd sakini Eyvaz Hüseynov həyətində qapalı şəraitdə toy məclisi təşkil
etdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur.


Hindarx qəsəbə sakini Zamiq Məmmədov isə həyətində yas mərasimi təşkil etdiyinə
görə 400 manat məbləğində cərimələnmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com