Ağcabədidə avtomobil dirəyə çırpılıb, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, avqustun 2-də saat 13 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində kənd sakini Süleyman Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə sürücü və sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Mənbə: APA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com