Ağcabədidə velosiped oğruları ciddi-cəhdlə fəaliyyətə başlayıb. Paytaxtdan tez-tez velosiped oğurluğu ilə bağlı xəbərlər gəlirdi.İndi isə rayonumuzda bununla bağlı şikayətlər eşidilməkdədir. Ağcabədi RPŞ-dən verilən məlumata görə 29 iyul 2021-ci il tarixdə Ağcabədi şəhəri ərazisində yerləşən 556 saylı qəsəbədə yaşayan Aydın İbrahimov nəvəsinə məxsus, ümumi dəyəri 90 manat olan velosipedin yaşadığı binanın dəhlizindən oğurlandığını bildirmişdir. Həmin tarixdə daha bir rayon sakini, Heydər Əliyev prospektində yaşayan Natiq Məmmədov özünə məxsus evin həyətindən 80 manat dəyərində 2 ədəd velosipedin oğurlanması haqqında rayon polis şöbəsinə müraciət etmişdir.
Faktla bağlı araşdırma aparılır.