Vaksinasiya prosesi davam etdirilir

Rayonumuzda vaksinasiya işləri uğurla davam etdirilir. Rayon üzrə ümumilikdə 83 min 834  nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 48 min 416 nəfər I doza, 35 min 418 nəfəri isə II doza təşkil edir.

Ümumilikdə  vaksin olunanlardan  7812 nəfəri 65 yaşdan yuxarı, 26 min 935 nəfəri 50-64 yaş arası, 15 min 350  nəfəri 40-49 yaş arası , 18 min 251 nəfəri 30-39 yaş arası, 15 min 486 nəfəri isə 30 yaşdan aşağı olan şəxslərdir. Hazırda Ağcabədi rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

Şərhlər