ƏJDƏR FƏRZƏLİ

Tədqiqatçı alim,şair Əjdər Fərzəli 1937-ci ildə Ağcabədi şəhərində anadan
olmuşdur. 1955-ci ildə Xəlfərəddin orta məktəbini bitirmişdir. 0, Azərbaycan
Dövlət Universitetinin jurnalistika şöbəsində ali təhsil almışdır. Müxtəlif mətbuat
orqanlarında – “Azərbaycan gəncləri” qəzetində, “Dialoq”, “Müxbir” jurnallarında
və o cümlədən 1966-1967-ci illərdə Ağcabədidə çıxan “Sürət” qəzetində müxtəlif
vəzifələrdə – xüsusi müxbir, şöbə müdiri olmuşdur. Əidər Fərzəli ədəbi
yaradıcılığa erkən yaşlarından başlamışdır. İlk şeirlər kitabı 1970-ci ildə işıq üzü
görmüşdür. Alimin elmi yaradıcılığı da təqdirəlayiqdir. O, qədim Azərbaycan
əlifbasını aşkar etmiş və bu sahədə 3 kitabı çap olunmuşdur.
Ə.Fərzəli 20 yanvar 2011-ci ildə vəfat etmişdir.

Əsərləri:

• “Körpü”. B., “Sabah”, 1995, 142 səh, 500 nüs.
• “Yolçu, yolun uzaqdır”. B., “Gənclik”, 1996, 200 səh, 500 nüs.
• “Könülün nəğmələri”. B., “Qarabağ”, 1996, 64 səh, 500 nüs.
• “Hamı yenidən doğulmalıdır”. B., “Sabah”, 1997, 102 səh, 500
nüs.
• “Torpaqdan səs gəlir”. B., “Yazıçı”, 1998, 232 səh, 500 nüs.
• “Dədə Qorqud yurdu”. B., “Sabah”, 1998, 162 səh, 500 nüs.
• “Dədə Qorqud yolu”. B., “Gənclik”, 2000, 132 səh, 500 nüs.
• “Dədə Qorqud sözü”. B., “Sabah”, 2002, 196 səh, 500 nüs.
• “Nizami zirvəsi”. B., “Vektor”, 2004, 2003 səh, 500 nüs.
• “Gəmiqaya-Qobustan əlifbası”. B., “Şuşa”, 2006, 200 səh, 500
nüs.
• “Gəmiqaya mədəniyyəti”. B., “Şəms”, 2007, 240 səh, 500 nüs.

Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir

BAZARDA GÖRDÜM ÇİÇƏKLƏRİ

Bazarda gördüm çiçəkləri,
Ətri bürümüşdü hər yeri.
Amma, ixtiyarları
Özlərində deyildi.
Kimisə satırdı,
Kimisə alırdı.
Sövdələşmədə çiçəklərin
Ömrü qısalırdı.
Satana – pul,
Alana – sevinc,
Çiçəklərə
Bir az əzizlənmək,
Sonra atılmaq qalırdı…
…Orda gül satan yenə,
“Müştəri, gəl” – deyib,
Boğazını deşirdi.
Yadıma Füzulinin Leylisi düşürdü…

Mənbə: “Ağcabədi yazarları” kitabı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com