“Regional Gender Mərkəzi” İctimai Birliyi UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Ağcabədi və Gəncədə valideynlər (himayədarlar) üçün informal, icmal əsaslı Pozitiv Valideynlik Platformalarının (PVP), eləcə də Erkən Uşaqlıq Dövrünün İnkişafı(EUDİ) üzrə sosial səfərbərlik və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına başlamışdır. Bununla bağlı 3 avqust 2021-ci il tarixdə Ağcabədi rayon Bayraq Muzeyində tədbir keçirilmişdir.
Bu təşəbbüsün əsas məqsədi 0-8 yaş arasında olan uşaqların valideynlərinin (himayədarlarının) EUDİ və pozitiv valideynlik üzrə bilik və təcrübəsini təkmilləşdirməkdən ibarətdir. Layihə çərçivəsində mövcud valideynlik qabiliyyətləri dəstəklənəcək və gücləndiriləcək, həmçinin yeni bacarıqların inkişafına şərait yaradılacaq ki, valideynlər öz uşaqlarının hərtərəfli böyüməsi üçün lazımi bilik və bacarıqlara malik ola bilsinlər.
Valideynlik və qayğı proqramı sayəsində valideynlərin (himayədarların) bilik və bacarıqları artırlacaq, eləcə də uşaqlarla bağlı məsuliyyətli qayğı təcrübəsinin tətbiqi təmin ediləcəkdir.