Əbədi yaşayan insan

         Bu dəfə ziyarət etdiyim məkan, Hafiz Həziyevin ailəsi oldu. Qapının önündə məni şəhidimizin təbəssüm dolu şəkli qarşıladı. O, bu gülüşlə sanki biz Vətənimizi azad etdik sevincini bölüşürdü. Mən şəhidimizin anası Təranə xanımla salamlaşdım. Xeyli söhbət etdik. Onun tökdüyü göz yaşının arxasında bir qürurlu qadın, əsl şəhid anası gördüm. Təranə xanım deyir ki, onun “Zəngimsell”ində həmişə Babəkin sözləri səslənirdi: “40 il əsarətdə yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”.

Hafiz Həziyev 1993-cü il oktyabrın 23-də Yeni Qaradolaq kəndində anadan olub, böyüyüb, boya-başa çatıb. Vətən müharibəsi başlananda sentyabrın 30-da özü könüllü döyüşə gedib. Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Hazırda doğulduğu kəndin girəcəyində onun şəkli kəndə gəlib-gedənlərin ziyarət yerinə çevrilib. 44 günlük müharibədə qanlarıyla tarix yazan şəhidlərimiz heç vaxt unudulmayacaq. Şəhadətin mübarəkdir, şəhidim:

Sən şəhid olan günü

Vətən səni oğul seçdi…

Xəzangül QƏDİMLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər