Cərimə olundum “Ay işığı”nda

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbirlər keçirilib.

Görülən tədbirlər nəticəsində “Ay işığı” kafesində toy məclisi təşkil edən kafenin sahibi S.Quliyev  4000 məbləğində cərimə olunub.

Rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında da cərimələr yazılıb. Belə ki, burada təşkil edilən toy məclisində sözügedən şadlıq sarayının xidmətçiləri M.Xudiyev, M.Həsənov və T.Namazov qoruyucu vasitələrdən düzgün istifadə etmədiklərinə görə hər biri 200 manat məbləğində cərimələnib.

Şərhlər