…Bir şəhidin xatirəsini əbədiləşdirmək üçün inşa edilən xatirə bulağının açılışında oldum. Burada iştirak edən uşaqların əyinlərindəki futbol köynəklərində əks olunmuş şəhidin şəkli və “canım dayım” sözləri çox təsirli idi. Oxuyub xeyli kövrəldim. Dərindən köks ötürüb, gül balaları seyr etdim. Vətən yolunda canını qurban verən əsgərin əksini üzərlərində gəzdirdikləri kövrək, həzin hisslər sahibi olan bu uşaqların o şəhid kimi vətənpərvər olacaqlarına bir daha ürəkdən inandım. Onların sözləri qulaqlarımda qürurla səsləndi: Canım dayım…
Adil Misirli