Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayonun iki kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər. Hüsülü kəndində yas mərasimini təşkil edən Əsgər Bayramov 400 manat, həmin mərasimdə iştirak edən kənd sakini Rauf Həsənov 200 manat məbləğində cərimə olunublar.
Rayonun Hacıbədəlli kəndində də yas mərasiminin təşkil olunmasının qarşısı alınıb. Mərasimi təşkil edən Süleyman Əhmədov 400 manat məbləğində cərimələnib.