“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Ağcabədi regional bölməsinin üzvləri Şəhid Mirəli Hüseynovun övladı Arifin doğum günü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər. Şəhidin övladı ilə vaxt keçirən ziyarətçilər onun ailəsinə allahdan səbr diləmiş, balaca Arifin sağlam böyüməsini, vətənimizin keşiyində duran bir əsgər olmasını arzulamışlar.