5.7 C
Aghjabadi

Susuz qalan Yaqub Məmmədov bulağı

Bir müddət öncə paytaxtdan qonağım var idi. Rayonumuzun müxtəlif yerlərini gəzib görmək istəyirdi. Məşhur insanlarımızdan, xüsusən tanınmış musiqiçilərimizdən ürəkdolusu,dil qəfəsə qoymadan danışaraq boğazımı uzada-uzada önə düşüb gedirdim. Şəhərin Üzeyir Hacıbəyli prospektində, Üçbulaq adlanan əraziyə çatanda qəfil dilim topuq vurmağa başladı… Tez qonağın başını qataraq diqqətini başqa yerə yönəltdim. Çünki az öncə haqqında danışdığım məşhur xanəndəmizin, Yaqub Məmmədovun adını daşıyan bulağın yanından keçirdik. Axı mən fəxrlə, sinəmə döyərək, onun bizim üçün nə qədər dəyərli olduğunu hiss etdirərək danışmışdım böyük sənətkardan. Bu qonaq həmin bulağı görsə məni süni, saxta biri kimi qəbul etməyəcəkdimi? Həqiqətən çox utandım. Və elə utandığım üçün də onun diqqətini yayındırdım.

Dünyada istedadlı, məşhur ifaçılar, gözəl səslər kifayət qədərdir. Amma gözəlliklə bərabər möcüzəli səs çox azdır. Tanrı o möcuzələrin birini də Azərbaycanda, bizim doğma Ağcabədidə yaratmışdı. Bir çox ifası səsyazmaların qızıl fondunda saxlanan məşhur xanəndə, Şöhrət ordenli Yaqub Məmmədovun yaradıcılığı ilə bağlı çox fikirlər söylənib, çox yazılar yazılıb… Amma bu gün xanəndənin özü haqqında yox, məhz yanından keçərkən xəcalət çəkdiyim, onu  adını daşıyan bulaqdan yazacağam.

2005-ci ildə xeyriyyəçi Mübariz Fətullayevin təşəbbüsü ilə istifadəyə verilən bulaqüstü abidə ustad sənətkarın 75 illiyinə həsr olunmuşdu. Səsi su kimi lətafətli olan xanəndənin adını daşıyan bulaq hər kəsin ürəyincə oldu. Bu, sənətkarın ruhuna böyük ehtiram olmaqla bərabər həm də ərazi baxımından suya çox ehtiyac duyulan bir yer idi. Elə hər dəfə bulaqdan istifadə edən insanların onun şəklinə baxaraq xatırlaması, ruhuna dualar oxuması özü mənəvi rahatlıq idi. Lakin… Bu gün həmin bulağın yanından keçərkən ürək ağrıdan mənzərə ilə qarşılaşırıq. Yaqub əminin qara mərmər üzərində həkk olunmuş şəkli sanki dil açıb danışır, bu biganəliyə son qoyulmasını, susuz, baxımsız qalan bulağa yenidən həyat verilməsini istəyir. 2020-ci ildə “Aran” qəzetinin əməkdaşı Adil Misirli məsələni gündəmə gətirsə də, bununla bağlı heç bir tədbir görülməyib.

Suyu kəsilən, krant hissələri qırılan, paslanan bulağın bərpa olunması ümidi ilə mövzuya yenidən qayıtdıq. Bulaqüstü abidəni inşa etdirən Mübariz Fətullayevlə elə həmin bulağın qarşısında görüşdük. Sözügedən məsələylə bağlı çox təəssüfləndiyini bildirən xeyriyyəçi qeyd etdi ki, bulağa suyun verilişi bərpa edilsə, işıq və su ilə bağlı aylıq ödənişləri etməyə hazırdır.

Sakinlər də bizi görüncə yaxınlaşıb öz fikirlərini bildirdilər,  böyük sənətkarın adını daşıyan bulağın yenidən bərpa edilməsini çox arzuladıqlarını söylədilər.

Məsələ ilə bağlı 5 nömrəli Regional Sukanal İdarəsinin Ağcabədi Sukanal Sahəsininin rəisi ilə əlaqə saxladıq. Söhbət zamanı bildirildi ki, bunun üçün xərcləri öz üzərinə götürən şəxs ərizə ilə onlara müraciət etməli, bundan sonra bulağa yeni su xətti çəkilməli, sayğac qoyulmalıdır.

Amma həmin sakinin yalnız aylıq ödənişləri öz üzərinə götürdüyünü nəzərə alsaq, sayğacın quraşdırılması, suyun çəkilməsinə qədərki xərclərin kim tərəfindən ödənilməsi yenə də sual altında qalır.

Ümid edirik ki, hər birimizi narahat etməli olan bu məsələylə bağlı maraqlanaraq köməklik göstərənlər olacaqdır. Və biz də növbəti yazımızda bu xeyirxah addımı fəxrlə işıqlandıracağıq.

Məhsəti MUSA

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər