Vətən müharibəsi iştirakçısı ilə onlayn görüş keçirilmişdir.

    4 avqust 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın  ərazi bütövlüyü  uğrunda  şücaət  göstərmiş  Vətən  müharibəsi  iştirakçısı, boks idman növü üzrə məşqçi müəllim Elgün Həsənovun yeniyetmə və gənclərlə onlayn görüşü təşkil olunmuşdur.

   Qeyd edək ki, görüşün qonağı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” ,”Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

   Görüşdə proqrama uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov bildirdi ki, Azərbaycan tarixin ən şərəfli dövrlərindən birini yaşayır. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı –  44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. O, qeyd etdi ki, bütün bu günlər ərzində qəhrəman əsgərlərimiz yağı tapdağında qalan yurd yerlərimizi qarış-qarış azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik, möhtəşəm Qələbə qazandıq.

   Daha sonra vətən müharibəsi iştirakçısı Elgün Həsənov öz döyüş yolundan, 44 günlük “ Dəmir yumruq” əməliyatından ətraflı bəhs etdi. Sonda yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırıldı.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər