COVİD-19 epidemiyası əleyhinə bir sıra məhdudiyyətlərin tətbiq olunmasına
baxmayaraq qaydalara məhəl qoymayanlar da var. Ağcabədi Rayon Polis Şöbəsi
əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qaydaları pozan
şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, avqustun 5-də Qaravəlli kənd sakini Leyla Gülməmmədova həyətində
təşkil etdiyi toy mərasimində qoyulmuş məhdudiyyətlərə riayət etmədiyinə görə və
toyda iştirak edən kənd sakini Mahsun Qənbərov hər biri 400, həmin kənd sakini
Günay Mehdiyeva isə 200 manat məbləğində cərimə olunmuşlar.
Rayonun Xocavənd kənd sakini Sabit Əliyev həyətində qaydaları pozaraq toy
məclisi təşkil etdiyinə görə 200 manat məbləğində cərimələnib.
Ağcabədi şəhəri S. Qəhrəmanov küçəsinin sakinləri Fuad Novruzov və
Səadət Əsgərova həyətlərində toy məclisi təşkil etdiklərinə görə hər biri 400 manat
məbləğində cərimə olunublar.
Yas məraimi təşkil edənlər də eyni qayda ilə cərimələniblər.
Ağcabədi rayonu 556 saylı qəsəbə sakini Musa Babayev, Qaradolaq kənd
sakini Mədain Rüstəmov hər biri 400, Ağcabədi şəhəri H. Hacıyev küçəsinin sakini
Yaşar Mirzalıyev və M.Ə.Rəsulzadə küçəsinin sakini Hüseyn Allahverdiyev isə 300
manat məbləğində cərimə ödəməli olublar.