14.6 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

Ağcabədi sakini Zaqatalada qəzaya düşdü

Zaqatalada minik avtomobili ilə yük maşını toqquşub.

Hadisə bu gün saat 03 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən 127-ci km-də baş verib.

1985-ci il təvəllüdlü, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Fətəliyev Rəhman Nəriman oğlu idarə etdiyi “VAZ-21011” markalı 62 BO 011 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Qax rayonu istiqamətində hərəkət edərkən əks hərəkət zolağına çıxaraq Qax rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayan Mamedov Eldəniz Məzahir oğlunun idarə etdiyi “KamAZ” markalı 04 BP 661 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vurduqdan sonra qarşıya doğru hərəkət edib.

Qəza nəticədə “VAZ-21011” markalı avtomobilin salonunda olan sərnişin 1995-ci il təvəllüdlü, Novxanı qəsəbəsi sakini Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

“VAZ-21011” markalı avtomobilin sürücüsü Rəhman Fətəliyev, onun avtomobilində olan sərnişinlər – 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı tərəfimdən araşdırma aparılır.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər