Karantin rejiminə əməl etməyən sakinlər cərimələniblər

Rayonumuzda koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının
pozulması ilə müşahidə olunan toy və yas mərasimlərinin keçirilməsinin qarşısının
alınması istiqamətində tədbirlər davam etdirilir.
Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən atılmış addımlar nəticəsində 4 avqust
2021-ci il tarixdə İmamqulubəyli kəndində yas mərsimini təşkil edən Teymur
Rüstəmov 400, həmin mərasimdə iştirak edən Boyad kənd sakini Səfa Zeynalov 200
manat məbləğində cərimə olunublar.
Qeyd edilən tarixdə Yuxarı Qiyaməddinli kəndində mövcud məhdudiyyətləri
pozaraq toy məclisi keçirmiş sözügedən kənd sakini Ziyadxan Cəfərov 200, Hüsülü
kəndində toy məclisi təşkil edən Ramil Bayramov 400, həmin məclisdə iştirak edən
Hüsülü kənd sakini Elbrus Mirzəyev və Muğanlı kənd sakini Ayna Süleymanova 200
manat məbləğində cərimələnmişlər.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com