Daha bir layihənin icrasına başlanılmışdır

BMT-nin İnkişaf Proqramı və UNHCR-ın (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı) dəstəyi ilə “Füzuli, (Horadiz), Ağcabədi, Tərtər rayonlarındakı ən həssas insanlar üçün ilkin bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsinin icrasına başlanılmışdır.

Bununla bağlı 5 avqust 2021-ci il tarixdə YAP Ağcabədi Rayon təşkilatının inzibati binasında “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib. Ayın sonuna qədər davam etdirilməsi nəzərdə tutulan təlimlər hər həftə təcrübəli təlimçilər tərəfindən aparılacaq. İştirakçı sayı 13 nəfərdən ibarət olan təlimlərdə əsas məqsəd icra nümayəndələri, müavinləri üçün bilik və bacarıqlarının gücləndirilməsi, inkişaf etdirilməsini təmin etməkdir. 

Layihə çərçivəsində “Liderlik”, “Problemlərin həll olunması”, “Stressin idarə olunması”, “Vaxtın idarə olunması”, “Komanda quruculuğu” adlı təlimlər də keçiriləcək.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər