6-7 avqust tarixlərində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən karantin rejimi qaydalarına zidd olaraq fərqli ünvanlarda mərasim keçirən
şəxslər müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.
Qoyulmuş məhdudiyyətlərə məhəl qoymadan fərdi yaşayış evlərində toy
mərasimi təşkil edən Ağcabədi rayon Rəncbərlər kənd sakini Dəmir
Qəhrəmanov,Yuxarı Qiyaməddinli kənd sakini Nurəli Qasımov, Sarıcalı kənd sakini
Arif Hüseynov, həmin kənd sakini Faiq Abbaszadə hər biri 400 manat, təşkil edilmiş
toy mərasimlərində iştirak edənlər Rəncbərlər kənd sakini Səməddin Qasımov, Röyal
Qəhrəmanov, Orxan Qəhrəmanov, Orxan Nağıyev, Yuxarı Qiyaməddinli kənd sakini
Ənvər Qasımov, Yedigar Şirinov hər biri 200 manat, Rəfail Piriyev isə 300 manat
məbləğində cərimə olunublar.
Yas mərasimi keçirən şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər
görülüb.
Polis əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində
Nəcəfqulubəyli kənd sakini Yaşasın Abdullayev, həmin kənd sakini Ziya Abdullayev,
Şərəfxanlı kənd sakini Cəsarət Süleymanov hər biri 400, Ağcabədi şəhəri M.Ə.
Rəsulzadə küçəsinin sakini Şamil Zeynalov, Elşən Əliyev, Rəşid Nəcəfli, İ. Qayıbov
küçəsində mərasimi təşkil edən Məkparə Abdullayeva, Şərəfxanlı kənd sakini
Baxşeyiş Hüseynov hər biri 200 manat məbləğində cərimələniblər.