Yas və toy mərasimi təşkil edənlər cərimələndi

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində
sanitar-epidemioloji normaları pozan şəxslər inzibati qaydada cərimə olunmuşlar.
Sarıcalı kənd sakinləri Cavid İsmayılzadə,İzzət İsmayılzadə,Rəsul İsmayılzadə, Hasil
İsmayılzadə toy mərasimində qoyulmuş məhdudiyyətlərə riayət etmədikləri üçün hər
biri 400, Yuxarı Qiyaməddinli kənd sakini Qəhrəman Piriyev, Dilarə Mammedova isə
200 manat məbləğində cərimələniblər.


Yas mərasimləri də eyni qayda ilə cərimə olunub.
Ağcabədi şəhər Ş. Qurbanov küçəsinin sakini Hüseyn Rəhimov, Aşağı Qiyaməddinli
kənd sakini Fərmayıl Haqqverdiyevin mərasim keçirməsinin qarşısı alınaraq hər biri
400 manat məbləğində cərimə olunublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər