Nəcəf Qüdrət oğlu Allahverdiyev

         Cəsur döyüşçü Nəcəf Allahverdiyev 1973-cü ildə Ağcabədi şəhərində anadan olmuşdur. O, 1990-cı ildə şəhər 7 saylı orta məktəbində təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfat sahələrində çalışmışdır.

Erməni işğalçıları Qarabağ torpaqlarına hücumlar edərkən iki qardaş, Nəcəf və Nəcəfqulu rayon hərbi komissarlığına gələrək, döyüş bölgələrindən birinə göndərilmələrini təkidlə xahiş etmişlər.

Rayon hərbi komissarlığında yeddi bacının əkiz qardaşlarının ikisinin də eyni vaxtda hərbi xidmətə göndərməyin düzgün olmadığını bildirsələr də, qardaşlar öz inadlarından əl çəkməmiş və 1993-cü ilin may ayında Azərbaycanın Milli Ordusu sıralarına həqiqi hərbi xidmətə yollanmışlar, bir müddət hərbi təlim keçdikdən sonra qardaşlar ailələri ilə görüşmək üçün icazə almış, lakin Ağdamın Mərzili kəndi istiqamətində ermənilərin hücumunu eşidib dərhal xidmət etdikləri hərbi hissəyə qayıtmış və azğın düşmənlə qanlı döyüşlərə atılmışlar.

N. Allahverdiyev döyüşlər zamanı onlarla erməni məhv etmişdir. Lakin 1993-cü il dekabr ayının 24-də düşmənlər yenidən Mərzili kəndi istiqamətində hücuma keçərkən Nəcəf ağır yaralanmış və qəhrəmanlıqla şəhid olmuşdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləMüraciətlər operativ həllini tapır
Növbəti məqalədəNAZİM ƏLİOĞLU

Şərhlər