Koronovirus pandemiyası əleyhinə rayon sakinlərinin peyvəndlənmə prosesi
davam etdirilir. Ümumilikdə 88 min 821 nəfəri vaksinasiya prosesində iştirak edib ki,
onlardan 51 min 452 nəfəri I doza, 37 min 369 nəfəri isə II doza təşkil edir.
Vaksin olunanlardan 8181 nəfəri 65 yaşdan yuxarı, 27 min 955 nəfəri 50-64
yaş arası, 16 min 257 nəfəri 40-49 yaş arası, 19 min 540 nəfəri 30-39 yaş arası, 16
min 888 nəfəri isə 30 yaşdan aşağı olan şəxslərdir. Rayon üzrə əhalinin
vaksinləşməsi davam etdirilir.