2100 manat cərimə

Avqustun 9-u Koronavirus epidemiyası əleyhinə tətbiq edilmiş
məhdudiyyətlərə məhəl qoymadan mərasim təşkil edən və həmin mərasimlərdə
iştirak edən şəxslər barəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən
qanunauyğun şəkildə inzibati qaydada cərimələr tətbiq olunub.
Aran kənd sakinləri Vidadi Mehdiyev, Rabil Mehdiyev, Miriş Ağayev, Qaravəlli
kənd sakini Quteyis Əliyeva toy mərasimində qaydalara əməl etmədikləri üçün hər
biri 200, həmin kənd sakini Zaur Əliyev isə 300 manat məbləğində cərimə ediliblər.


Yas mərasimində iştirak edən şəxslər də eyni qaydada cərimələniblər.
Avşar kənd sakinləri Elməddin Mamedov, İqbal Abdullayev, Hüsülü kənd
sakini Xəyal Qəhrəmanov hər biri 200, Qaravəlli kənd sakini Yasir Quliyev isə 400
manat məbləğində cərimə olunublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər