11 avqust 2006-cı il təvəllüdlü, Taynaq kənd sakini şəhid Fərid İsgəndərovun
doğum günü qeyd olunmuşdur.
Mərasimdə şəhidin valideynləri, kənd sakinləri, Ağcabədi Rayon İcra
Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin
təşkili şöbəsinin müdiri Şöhrət Orucov, icra və bələdiyyə nümayəndələri iştirak
ediblər.
Mərasim iştirakçıları Fəridin, eləcə də Vətən müharibəsi zamanı həlak olmuş
bütün şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmiş, ruhuna dualar
oxumuşlar.
Qeyd edək ki, Fərid İsgəndərov Vətən müharibəsi zamanı Ermənistan silahlı
qüvvələrinin Ağcabədi ərazisini atəşə tutması 14 yaşında ikən həlak olmuşdur.
Adil MİSİRLİ