“Urset” ağacı

“Urset” ağacı

Sağlamlığımızın qeydinə qalaq

         Şəhərimiz gündən-günə yaşıl don geyərək daha da gözəlləşir. Burada ağacların bizlərə bəxş etdiyi təmiz hava ilə nəfəs alırsan, köksün iftixar hissi ilə dolur. Amma… Kaş bu amma olmayaydı. Bir işin ki, amması çıxdı, o əngəllənir, artıq sən istədiyin kimi sevinə bilmirsən. Bizim şəhərin amması da “urset” adı verilən ağaclardır. Rayonumuzda bu ağacların iki növü var. Doğrusu, onlara ağac deməyə adamın dili gəlmir. Yəni xeyirsiz, faydasız və sağlamlığa böyük təhlükə yaradan ağaclardır. Həmin ağacların bir növü iynəyarpaqlıdır. Min, min iki yüz iynəsi (toxumu) olur ki, bu iynəli toxumlar hara düşsələr bitirlər. Heç bir qulluq da lazım deyil. Və bu ağac alaq otu kimi, bizim sağlamlığımıza heç bir şey vermir. Ancaq xarici görünüşü, yaşıllığı var. Faydası isə yoxdur.

İkinci “urset” ağacı isə enli yarpaqlıdır. Bu ağac başdan ayağa zəhərdir. Onu təmizləyəndə ancaq respirator taxmaq lazımdır ki, onun havası, oksigeni ilə nəfəs almayasan. Ciyərlərinə zəhər dolmaya. Bu ağac haqqında çox şey söyləmək olar, buna görə də bir az  geniş danışmaq istəyirəm.

… Fransızlar müharibədə ruslara məğlub olandan sonra, onların sağ qalanları, tör-töküntüləri geri çəkilib Fransaya getmək istəyirdilər. Onlar Rusiyaya o vaxt düşmən olan fransız hərbi geyimində küçəyə çıxmağa qorxurdular. Odur ki, 6 əsgər, 2 zabitdən ibarət olan bir fransız qrupu meşə ilə Smolensk yolu ilə paralel irəliləyirdilər. Yola çıxmağa qorxan fransızlar onsuz da hərəkətdə olan arabaların səsini eşidir, hərəkət istiqamətlərini yadda saxlaya bilirdilər. Onlar meşə ilə gedib Belarusa çatmaq, oradan da Polşaya gedib və Polşadan da Fransaya üz tutmaq istəyirdilər… Meşədə ac-yalavac olan fransalılar bir qaban (vəhşi donuz) vururlar. Şişləri olmadığından bu, “urset” ağacı dediyimiz ağacın çubuqlarından şiş düzəldir və qabanın ətindən kabab bişirirlər. Kababı yeyən 6 fransız əsgəri və 2 zabiti az sonra elə ocağın başında həyatla vidalaşırlar. Çünki şiş kimi istifadə etdikləri ağac çubuqlarının zəhəri onları zəhərləmişdi.

Bu ağacları soyuq müharibə vaxtı Amerikanın pilotsuz təyyarələri Rusiyanın, ovaxtki SSRİ-nin ucsuz-bucaqsız çöllərinə, şəhər və kəndlərinə səpiblər ki, Sovet adamları bu zərərli ağacların təsirindən bronxit və asma xəstəliklərinə tutulsunlar. Nəfəs almaq çətinləşsin, adamlarda nəfəs yolu tutulsun. Təəssüflər olsun ki, rayon mərkəzində, yolların kənarlarında, hasarların dibində və bir çox həyətlərdə, eləcə də kəndlərimizdə bu ağaclar adamlar tərəfindən “bəslənilir”, “əzizlənir”. Çoxları bu iriyarpaqlı ağacdan yaxşı bel, yaba sapı olduğunu vurğulayırlar. Və ağacın kiçik budağından, çırpısından çörək bişirən zaman təndir qalayırlar. Bu təndirdə bişən çörəyin zərərli, ziyanlı olduğunu anlamırlar. İynəyarpaqlı “urset” ağacı həyətdə varsa, buradakı başqa ağacların meyvələrini yemək olmaz. Çünki yaxınlıqdakı digər meyvə ağacları bu “düşmən” ağaclarla tozlanır və nəticədə məhsulu da sağlamlığımız üçün təhlükəli olur.

Rayonumuzda, hətta şəhər mərkəzində çox yerdə rast gəlinən, sağlamlığımıza böyük təhlükə yaradan, bizi zəhərli hava udmağa vadar edən bu ağaclardan məişətdə istifadəni dayandırmalı, sağlamlığımızın qeydinə qalmalıyıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər