I Qarabağ müharibəsində Ağcabədi rayonunun ən çox şəhid verən kəndlərindən biri Hindarx (hazırda qəsəbə) idi. Həmin kənddə doğulub böyüyən qəhrəmanlarımızdan biri – Habil Salahov 1971-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra iki il sovet ordusu sıralarında xidmət etmiş, 1991-ci ildə doğma kəndə qayıtmışdır. Lakin bu zaman Habilin candan əziz hesab elədiyi Vətən torpağı “Böyük Ermənistan” xülyası ilə həddini aşan ermənilərin təcavüzünə məruz qalmışdı.
Buna dözüm gətirə bilməyən Habil əsgəri borcunu verib, gələndən cəmi iyirmi gün keçmiş könüllü olaraq silah götürüb yenidən cəbhəyə atıldı.
H. Salahov hərbi biliyi, təşkilatçılıq qabiliyyəti sayəsində tezliklə tanındı. Onu tağım komandiri təyin etdilər. Dəqiq müşahidə qabiliyyəti olan Habil Xocavənd rayonu uğrunda döyüşlərdə bələdçi kimi iştirak edir, düşmənin hərbi texnikasının və canlı qüvvəsinin darmadağın edilməsində mühüm rol oynamışdır.
Növbəti uçuşların birində düşmən mərmisi onların olduğu helikopteri dəlib keçmiş və Habili ölümcül yaralamışdı. Vətən oğlu 14 oktyabr 1992-ci ildə Bakının hərbi qospitallarından birində əbədiyyətə qovuşmuşdur.