3.1 C
Aghjabadi

Ağcabədidə uşaqların sağlam inkişafı ilə bağlı maarifləndirici tədbir keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF Azərbaycan, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta TƏBİB-in tərəfdaşlığı ilə 2021-ci il yanvarın 1-dən Ağcabədi rayonunda “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsi həyata keçirilir.

UNICEF-in “Azərbaycanda həssas vəziyyətdə olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiyalı sosial yardımın inkişafı” proqramı çərçivəsində keçirilən layihə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən icra edilir.

İctimai Birlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihənin məqsədi uşağın ailədə xoşbəxt böyüməsini təmin etmək üçün patronaj xidmətlərin (ev ziyarəti xidmətlərinin) təkmilləşdirilməsidir. Layihə çərçivəsində Ağcabədi rayonunda ÜST və UNICEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlimləndirilmiş tibb bacıları – ev ziyarətçiləri hamilə qadınlar və 0-3 yaşlı uşaqların ailələrinə səfərlər edərək uşağın inkişafına neqativ təsir edə biləcək amillərdən, ana südünün, düzgün qidalanmanın əhəmiyyətindən danışır, ailədə olan sosial, psixoloji, iqtisadi, sağlamlıq problemlərini üzə çıxarır və sosial işçilərin dəstəyi ilə problemlərin aradan qaldırılması istiqamətində ailə üzvləri ilə birgə iş aparır, eləcə də yerli icmalarda maarifləndirmə tədbirlərini təşkil edirlər.

Ağcabədi rayonunun Ağabəyli kənd icra nümayəndəliyinin, bələdiyyə, səhiyyə, məktəbəqədər və ibtidai təhsil və QHT nümayəndələrinin, eləcə də layihədən bəhrələnən ailələrin iştirakı ilə “Erkən uşaqlıq dövrü inkişafı və Patronaj Xidmətlər barədə yerli icmaların maarifləndirilməsi” mövzusunda ilk icma görüşü keçirilib. Görüşdə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin, Ağdam Regional Gender Mərkəzinin nümayəndələri tərəfindən hamiləlik və erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, uşağın xoşbəxt böyüməsi üçün sağlam, təhlükəsiz və qayğıkeş mühitin yaradılmasında patronaj xidmətlərin əhəmiyyəti, eləcə də uşağın tərbiyəsində ataların rolu barədə təqdimatlar edilib.

Avqust-sentyabr aylarında Ağcabədi şəhəri, Yuxarı Qiyaməddinli, Kəhrizli, Boyat, Pərioğullar kəndlərində də maarifləndirici icma görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər