Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19
epidemiyası əleyhinə görülmüş tədbirlər nəticəsində 11-12 avqust tarixlərində bir
neçə kənddə yas mərasimlərinin keçirilməsinin qarşısı alınmış və mərasimdə iştirak
edən şəxslər barəsində inzibati qaydada cərimələr tətbiq olunmuşdur.
Cəfərbəyli kənd sakini Nahid Şükürov, Mərdan Şükürov, Gələbədin kənd
sakini Qərib Sadıqov, Mehrablı kənd sakini Arif Həziyev, Habil Zalov hər biri 200,
Sarıcalı kənd sakini Sabir Kərimov isə 300 manat məbləğində cərimələniblər.