22.8 C
Aghjabadi

“Vətənpərvərlik etüdləri” Ağcabədidə


​Avqust ayının 14-də YAP Yasamal Rayon təşkilatı, Ağcabədi Rayon İcra Hakimiyyəti və millət vəkili Aqil Abbasın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB – nin dəstəyi ilə ulu öndərimiz Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Ağcabədi rayonunda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” layihəsini artıq beş ildir həyata keçirilir. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizmin inkişafına dəstək olmaqdır. 


​Etüd iştirakçılarını Asan Xidmət Mərkəzində qəbul edən Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov söhbət zamanı bu təşəbbüsün bölgələrimizin tanıdılmasında   təqdirəlayiq bir  addım olduğunu  qeyd etdi. Vətən müharibəsində  Ağcabədi rayonu düşmən hücumlarına  məruz qalsa da əhalinin ruhdan düşməməsini, əksinə qələbəyə daha da böyük inambəslədiyini qeyd edən icra başçısı bu müharibədə Ağcabədi rayonundan 42 şəhid və çoxsaylı   qazilərin  olduğunu diqqətə çatdırdı.  
​İcra başçısı layihə iştirakçılarını rayonunun qədim, tarixi yerlərini, eyni zamanda bugünkü inkişafını, təbiətini, mədəni irsini yaxından  tanımağa dəvət etdi, onlara uğurlar arzuladı. 
​İştirakçılar ilk olaraq qədim tarixə malik olan Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd kitabxanasına 
səfər etdilər. MVQSY İB-nin sədri Rada Abbas kitabxanaya üzərində üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi.  
Sonra qonaqlar Qarabağ Atçılıq Kompleksində oldular, füsunkar Qarabağ cins atları ilə tanış edildilər.

​Daha sonra  Ağgöl  Milli   Parkında olan rəssamlar  və fotoqraflar bir-birindən  gözəl rəsm əsərləri, fotolar ərsəyə  gətirdilər. 
Sonda iştirakçılar diplom və  “Xarı Bülbül” döş nişanı ilə təltif olundular və əslən Ağcabədi rayonundan olan 
​Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Tariyel Salmanovun portreti onun ailəsinə hədiyyə olundu.
Beləliklə layihə iştirakçıları Ağcabədi  rayonunun tarixi,  təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış oldular. 
Qeyd edək ki, qonaqlar  arasında KKTC Bakı təmsilçiliyinin təhsil və mədəniyyət  ateşesi, dünyaca  tanınmış  fotoqraf Tevfik Ulual da iştirak edirdi.
 

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər