Hər biri 200 manat məbləğində cərimələndi

Koronovirus epidemiyası əleyhinə keçirilmiş tədbirlər zamanı 14-16 avqust
tarixlərində məhdudiyyətləri nəzərə almadan qaydaları pozan şəxslər Ağcabədi
rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində
qanunauyğun tədbirlər görülüb.
Yas mərasimi təşkil edən Hindarx qəsəbə sakinləri Əbülfət Paşayev, Mətanət
Əhmədova, Füzuli küçəsinin sakini Orxan Quliyev, həmin yas mərasimlərində iştirak
edən Elşən Tağıyev,Fəqani Quliyev hər biri 200 manat məbləğində cərimələniblər.
Bundan əlavə S.Vurğun küçəsində yerləşən “Xəyal” kafesində karantin
qaydalarına riayət etməyən Elvin Rəhimov da 200 manat məbləğində cərimə
olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər