16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Ötən ay 58 şəhər və rayonun əhalisinə göstərilən tibbi xidmətin sayı açıqlanıb

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyul ayı ərzində 58 şəhər və rayonda 329 754 vətəndaşa 1 184 204 tibbi xidmət göstərilib.

Agentlikdən APA-ya bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 537 001 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 018 178-i ambulator, 166 026-sı isə stasionar şəraitdə göstərilib.

Bu ilin iyul ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (386) və Şirvan (177) şəhərləri, Ağdaş (171), Yevlax (160), Qəbələ (155), Beyləqan (155), Qax (153), Göygöl (148) rayonları, Gəncə şəhəri (146), Ağstafa (144) rayonu.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (124 853), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (98 656), Xaçmaz (60 213), Yevlax (55 651), Ağdaş (36 401), Şəki (36 386), Quba (35 306), Bərdə (32 474), Göyçay (32 355) və  Zaqatala (30 674) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Ağdaş, Şəki, Quba, Bərdə, Göyçay və Zaqatala rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar, Yevlax, Şəki, Ağdaş, Quba rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası.

58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin iyul ayı ərzində 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar): 

Bərdə-Yevlax TƏB (264 266), Şəki-Zaqatala TƏB (164 698), Quba-Xaçmaz TƏB (164 083), Gəncə TƏB (152 570), Şəmkir-Tovuz TƏB (88 034), Göyçay-Kürdəmir TƏB (76 820), Dağlıq Şirvan TƏB (73 871), Ağdam-Ağcabədi TƏB (68 962), İmişli-Sabirabad TƏB (54 678), Lənkəran TƏB      (42 322) və Cəlilabad-Salyan TƏB (33 900). 

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyul ayı ərzində 522 605 nəfərə 849 104 müraciət üzrə 1 807 764 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 478 769-u ambulator, 328 995-i isə stasionar şəraitdə göstərilib. 

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə  7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Bu ilin yanvar-iyul ayları ərzində isə 2 393 001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11 042 291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9 054 679-u (82%) 18 yaşdan yuxarı, 1 987 612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər