Daha bir yüksək nəticə

Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin məzunu Əmrah Arzu oğlu Həsənov  Türkiyə Cümhuriyyəti tərəfindən keçirilən YÖS imtahanlarında iştirak edib. O, maksimal 100 baldan 96 bal toplayıb. İstedadlı gənc sözügedən ölkənin 3 nüfuzlu universitetinə qəbul olunub. Əmrah bu universitetlər içərisindən isə Türkiyədə Tekirdağ Namık Kemal Universitetinin Tibb fakültəsini seçib.

Qeyd edək ki, o, 27-28 iyul I IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da iştirak edərək, yüksək nəticə göstərib.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər