Köməklik göstərilmişdir

Poladlı kənd sakini Hüseynova Həqiqət Qabil qızı MOB Mərkəzinə müraciət edərək, bildirib ki, azyaşlı övladı Ayxan Hüseynov ağır serebral iflic xəstəsidir. Amma onun əlillik təqaüdü düzgün hesablanmayıb. Ağcabədi Rayon İcra Hakimiyyətindən köməklik istəyən H.Hüseynova xəstə oğlu Ayxanın süd və qatıqla müntəzəm təmin olunmadığını bildirib və özünəməşğulluq çərçivəsində mal-qara ilə təmin olunmasını xahiş edib. MOB Mərkəzində rayon rəhbərinin qəbulunda olan Həqiqət Hüseynovanın müraciətinə yaxından baxılaraq DSMF-nin Ağcabədi rayon nümayəndəliyi ilə əlaqə yaradılmış və Ayxan Hüseynovun əlillik təqaüdü tam bərpa olunmuşdur. Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı tərəfindən Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Ağcabədi rayon nümayəndəliyinə müvafiq tapşırıq verilmişdir. Nəticədə serebral iflic xəstəsi olan Ayxan Hüseynovun ailəsi 3 baş qaramal ilə təmin olunmuşdur.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com