“N” saylı hərbi hissədə görüş

         “Zirvə TV.Az” saytının rəhbəri Əntiqə Quliyevanın təşəbbüsü ilə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir. Görüşdə Hamlet Məmmədov adına Qaradolaq kənd 1 saylı tam, Qaradolaq 2 saylı ümumi orta məktəblərinin müəllim kollektivləri, Ağcabədi rayon MKS-nin əməkdaşları, bir qrup sayt, jurnal və internet televiziyasının rəhbərləri, qələm adamları, şəhid valideynləri iştirak edərək, əsgər və zabitlərimizi 44 günlük Vətən müharibəsində əldə etdikləri qələbə  münasibəti ilə təbrik etmiş, onlara hərbi xidmətdə uğurlar arzulamışlar. “N” saylı hərbi hissənin komandiri Elmar Məmmədov ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışmış, hərbçilərimizin daim vətən, torpaq uğrunda döyüşə hazır olduqlarını bildirmişdir.

Görüşdə şəhid Hamlet Məmmədovun anası Təranə Mamedovanın gətirdiyi “yaralı” bayraq nümayiş etdirilmiş, Xocalıda şəhid olan məktəbli Nişanənin məktubu oxunmuşdur. Tədbirdə iştirak edən məktəblilər Tacir Təhməzov, Tunar Qədimalıyev, Fatimə Quliyeva, Rəvan Hümbətli, Nabat Kərimova, Xədicə Hüseynova Vətən, torpaq, ordu haqqında şeirlər səsləndirmişlər. Müğənnilər Tengiz Sabiroğlu və Yiqa Yılmazın vətənpərvərlik ruhunda ifa etdikləri mahnılar görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

Xəzangül QƏDİMLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləTədbir keçirilib
Növbəti məqalədəDaha bir yüksək nəticə

Şərhlər