Rayonumuzda vaksinasiya prosesi uğurla davam etdirilir. Rayon üzrə ümumilikdə 96 min 134 nəfər koronovirusa qarşı peyvənd olunub. Peyvənd olunanlardan 56 min 310 nəfərini I doza, 39 min 824 nəfərini isə II doza təşkil edir.
Ümumilikdə vaksin olunanlardan 8910 nəfəri 65 yaşdan yuxarı, 29 min 387 nəfəri 50-64 yaş arası, 17 min 378 nəfəri 40-49 yaş arası, 21 min 205 nəfəri 30-39 yaş arası, 19 min 254 nəfəri isə 30 yaşdan aşağı olan şəxslərdir.
Hazırda Ağcabədi rayonu üzrə əhalinin peyvəndlənməsi davam etdirilir.
“Aran”