“Regional İnkişaf” İctimai Birliyi, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” layihəsi çərçivəsində Ağcabədidə “Uşaqların təhlükəsizliyi”adlı növbəti tədbir keçirilmişdir.Tədbirin əsas məqsədi erkən uşaqlıq dövründə inkişafla bağlı valideynləri hərtərəfli maarifləndirməkdən ibarətdir. Valideynlərlə görüşdə pediatr, təlimçi Rübabə Quliyeva tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə bir neçə mövzuda və müxtəlif istiqamətlərdə aparılır.Bura “Qida təhlükəsizliyi”, “Məişət təhlükəsizliyi”, “İnternet təhlkükəsizliyi” və s. mövular daxildir. Eyni zamanda tədbirlər əyləncəli şəkildə də təşkil olunur. Həvəskarlar tərəfindən müəyyən ssenarilər qurulur. Səhnə göstərilərkən valideynlər və uşaqlar müstəqil şəkildə müdaxilə edərək fikirlərini bildirmək imkanına malikdirlər.
Layihə çərçivəsində hədəf regionlarında tədbirlər davam etdiriləcək.
Rəmziyyə HƏSƏNOVA