Alimin yeni kitabı işıq üzü gördü

Bu günlərdə “Təknur” nəşriyyatında həmyerlimiz, ADPU Ağcabədi filialının kafedra müdiri, filalogiya üzrə fəlsəfə doktoru Vaqif Allahverdiyevin (Vaqif Zaurlu) “Ədəbi düşüncələr və ömürdən yarpaqlar” adlı yeni kitabı nəşr olunub.

Sözügedən kitab müəllifin oxucularla beşinci görüşüdür. Bundan əvvəl onun “Qədim dövr Azərbaycan poeziyası” metodik dərs vəsaiti, “Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii fəlsəfi ifadəsi” monoqrafiyası, “Bəxtiyar Vahabzadə irsinin öyrənilməsi və “Poeziyanın inkişaf yolları” kitabları işıq üzü görüb.

Redaktoru olduğum “Ədəbi düşüncələr və ömürdən yarpaqlar” kitabında müəllifin son vaxtlar ədəbi-bədii mövzularda apardığı araşdırmaları, məqalələri, şeirləri toplanıb.

Dəyərli materialları ilə diqqəti çəkən kitab, şübhəsiz oxucular tərəfindən maraqla qarşılanacaq.

Vaqif Allahverdiyevi yeni kitabı münasibətilə ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər