Gələbədində içməli su artezianı bərpa ediləcəkdir

            1380 sakini olan Gələbədin kəndində CHF Beynəlxalq Təşkilatı tərəfindən 2007-ci ildə vurulmuş içməli su artezianı artıq xeyli vaxtdır ki, quruyub. Yerli əhali bu problemlə əlaqədar içməli su üçün qonşu kəndlərə üz tutmağa məcbur olur. Bununla bağlı kənd sakinləri redaksiyamıza yazaraq problemlərinin işıqlandırılmasını xahiş ediblər.Gələbədin kənd icra nümayəndəliyindən də kənddə içməli su probleminin yaşandığını təsdiqlədilər.

Məsələ ilə əlaqədar istər Ağcabədi Rayon Subartezian Quyularının İstismarı İdarəsi, istərsə də 5 nömrəli Regional Sukanal İdarəsinin Ağcabədi Sukanal Sahəsi ilə əlaqə saxladıqda isə bildirildi ki, sözügedən artezian onların balansında deyil.

Nəhayət içməli su probleminin həlli ilə bağlı kənd bələdiyyəsinin sədri Əkbər Sadıqovdan məlumat ala bildik. O, bildirdi ki, bələdiyyənin təşəbbüsü və köməyi ilə yaxın zamanlarda artezian quyusu üçün yeni nasos alınacaq və kənd əhalisinin içməli suya olan tələbatı    tam ödəniləcəkdir.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər