Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş həyat


Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım
Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən
əsas amillərdir. Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan
Partiyasının sədr müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər ulu öndərin adını daşıyan
Fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin
üzvü, nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və ISESCO-nun Xoşməramlı
səfiri kimi fəaliyyəti onun mənalı həyatının mühüm bir hissəsini təşkil edir.
Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc”
amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu
fəaliyyət göstərən Mehriban xanım 2017-ci ildən Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.
O, Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident kimi sosial,
humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük xidmətlər göstərib. Bu
gün müasir Azərbaycanı qurarkən bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci
vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə
özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı
baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış,
idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım
ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə,
idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına
qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə
həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və
sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin
formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə
edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban
xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası
dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham
Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə
respublikamızın təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir.
Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd
edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox
məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə
dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir.
Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman onun diqqətində
olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin
diqqətindən başqa, Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı ilə əhatə
olunub.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və
Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına
çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən
qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və
sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi
qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi
üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət

2

də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata
keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən
Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə
böyük hörmət və məhəbbətlə yanaşıb.
Onun rəhbərliyi altında 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu
rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev
Fondu olduqca vacib işlər görmüşdür.
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü,
həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər
aparır. Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir.
Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə
təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların,
idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat
məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının
genişlənməsinə səbəb olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının,
müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi
Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım
Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar
ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş,
Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb
olmuşdur.
Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Birinci Vitse-
Prezident Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə birlik təmin
olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya
dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi
ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq
evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət
müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət
müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici
vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin
edilmişdir.
Bacarıqlı dövlət xadiminin təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra
edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə
başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
Xarici siyasət sahəsində Mehriban xanım Əliyeva önəmli addımlar atıb. Ölkənin
beynəlxalq aləmdə nüfuzunun artırılmasında onun böyük əməyi vardır. Mehriban
xanımın UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri, dünya əhalisinin
sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi,
maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması, dinlər və
mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq və
səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması sahəsində fəaliyyəti bu baxımdan
mühüm önəm kəsb edir.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci
vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması
tarixi hadisədir.
Məhz onun təşəbbüsü sayəsində Mirzə Kazımbəyin 200 illik, akademik Yusif
Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı
Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin
100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin

3

“Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk
tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və
nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Bütün bunlarla
yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı,
kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili
qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni
zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və
Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.
Azərbaycan Respublikasında Birinci xanım institutunun uğurlu fəaliyyətində
müstəsna əməyi olan və bu institutun dünyadakı mütərəqqi nümunələrinə uyğun
şəkildə öz fəaliyyətini quran Mehriban xanım Əliyevanın nəcib və xeyirxah missiyası
qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də
diqqətini çəkmişdir.
Mehriban xanım Əliyevanın ISESCO xətti ilə olan fəaliyyəti böyük səmərə
vermişdir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müxtəlif müsəlman ölkələrində
xeyriyyə aksiyalarının keçirilməsini, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı
davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı
elan olunması kimi önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Heydər
Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə
yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata
keçirmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq
humanitar təşəbbüsə çevrilmişdir. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata
keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya
Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və
əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ
nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının,
Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın
Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının
inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin,
Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi
və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının
Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi
belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın
xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq
məqsədi daşıdığını göstərir və insanların savadlanmasına xidmət edir.
Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması
daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanmışdır. Sağlamlığın
qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu
Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması,
xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət
yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan
əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə
keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox
mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya
Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən
120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və

4

möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu
beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.
Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal
Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci
Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın
Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma
katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici
Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti
Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti
Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və
digər ümumbəşəri layihələr icra edilmişdir. Bəşəriyyətin möhtəşəm mədəniyyət
tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına,
bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah
missiya indi də uğurla davam etməkdədir.
Mehriban xanım Əliyeva öz geniş fəaliyyətində dünyada sülhün qorunmasına,
həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm
vermişdir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun
dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və
əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur.
Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın Azərbaycanın xarici
siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır.
Bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya,
Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət
idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi
müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini
təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə
başçıları da qeyd edirlər.
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın
ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək
dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına –
“Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici
ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın
“Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə
görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin
Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e
Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus
Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri,
UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət
Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la
Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli
Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə
Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq
Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman
Dostluq Federasiyasının fəxri mükafatı. O, eyni zamanda, Rusiya Federasiyasının
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru,
Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri
doktoru seçilmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər