Ağcabədi sakini qəza törətdi

Zərdab şəhəri ərazisində velosipedlə yolu keçən rayon sakini Rüfət Məmmədov Ağcabədi rayon sakini G.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində R.Məmmədov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər