Nəsirov Mübahir Musa oğlu 1958-ci ildə Ağcabədi rayonunun Hindarx
qəsəbəsində anadan olmuşdur.
O, orta təhsilini 1965-1975-ci illərdə Hindarx kənd məktəbində almışdır. 1980-ci ildə
Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş, 1985-ci ildə ali təhsilini başa vurmuşdur.
Həmin ildə Tacikistan kolxozunda fəaliyyətə başlayan M.Nəsirov sonralar bir çox
vəzifələrdə çalışmışdır.
O, 2002-ci ildə Kənd Təsərrüfatı Nazirliyində işləmişdir. 2003-cü ildən 83 saylı
Ağcabədi-Füzuli dairə seçki komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur.
İşlədiyi dövrlərdə vəzifəsindən asılı olmayaraq həmişə dürüst və ləyaqətli insan kimi
əhali arasında hörməti qazanmışdır. 2019-cu ilin 22 avqustunda ürək tutmasından
dünyasını dəyişən M.Nəsirov bu gün də xatirələrdə yaşayır.
Orxan KƏRİMOV