Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunda yenidənqurma işləri həyata keçirilib. Həmin tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb. Uzunluğu 45 kilometrdən ibarət olan, 14 min əhalinin məskunlaşdığı yaşayış məntəqələrini birləşdirən yerli əhəmiyyətli yol rayonun Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərini əhatə edir. Sözügedən avtomobil yolu respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Yeni avtomobil yolu adları çəkilən kəndlərin əhalisinin rifah halının yaxşılaşdırılmasına, həmin marşrut üzrə rahat hərəkət etməsinə xidmət edəcək.
Yəhya PAŞAZADƏ