Ədəbi görüş keçirilmişdir

Gəclərin İnkişaf və Kariyera Mərkəzinin Ağcabədi nümayəndəliyi, “Ələk” ədəbi
məclisi və Ağcabədi rayon Tarix-diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Ağcabədi
rayon Tarix-diyarşünaslıq Muzeyində “Ağcabədi gəncliyi və Ağcabədi ədəbi mühiti”
adlı tədbir keçirilmişdir.


Tədbirin keçirilməsində məqsəd gənclərin rayondakı ədəbi mühitlə yaxından
tanış olması, onlarda ədəbiyyata, poeziyaya marağın yaradılmasıdır.
Öncə GİKM-nin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev mövzu ilə bağlı
çıxış edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Daha sonra
mərkəzin əməkdaşları Röyalə Yaqubzadə, Ləman Zeynalova, Tarix-diyarşünaslıq
muzeyinin direktoru Sadiq Quliyev, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa,
AYB-nin üzvü Gündüz Sevindik, gənc yazar Nigar Babayeva və mərkəzin könüllüləri
çıxış etmiş və şeirlər səsləndirmişlər.
Sonra tədbir iştirakçıları muzeydəki eksponatlarla tanış olmuşlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər