Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə rayonda Vətən müharibəsi
şəhidlərinin doğum günlərində onların ailələrinin ziyarət edilməsi aksiyası davam
etdirilir.
Avqustun 23-də Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin Ağcabədi şöbəsi tərəfindən rayonun Taynaq kəndindən olan Vətən
müharibəsi şəhidi Fərid İsgəndərovun ailəsi ziyarət olunmuşdur. Ziyarət zamanı
şəhidin ruhuna dualar oxunmuş və onun ailəsinə məişət avadanlığı hədiyyə
olunmuşdur.
Adil MİSİRLİ