Ağcabədi rayonunda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Xocavənd kənd sakini İlqar Xankişiyev daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 18 çətənə bitkisi və 7 kiloqram 635 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mənbə : AZERTAG.AZ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər