Dövlət vəsaiti hesabına yeni evin inşasına başlanılıb

         Salmanbəyli kəndində Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Əlfi Məhəmməd oğlunun ailəsi üçün yeni yaşayış evinin tikintisinə başlanılıb. Tikinti işləri Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. İki otaq, hamam və mətbəxdən ibarət olan evin bu günlərdə bünövrəsi qoyulub. Şəhidin atası Məhəmməd Məmmədovun sözlərinə görə, hazırda sözügedən ev Əlfi Məmmədovun adına 1989-cu ildə götrülmüş həyətyanı torpaq sahəsində tikilir. Həmin torpaq sahəsndə vaxtı ilə ev tikmək üçün bünövrə qazılıb. Təəssüf ki, həmin gün, 24 aprel 1993-cü il tarixdə Əlfi Məmmədovun şəhid olması xəbəri gəlib.

Məhəmməd Məmmədov şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edib. O, göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlığını bildirir.

Adil MİSİRLİ

Şərhlər