Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 30 avqust 2021-ci il tarixdə “XXI əsrdən baxış: din vəqadın” mövzusunda videokonfrans keçirilib. Rayonun aktiv qadınları, təhsil işçiləri və gənclərin qatıldığı videokonfransı Ağcabədi rayon İcra Hakimiyyəti BaşçısıAparatının böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın məsul katibi Vüsalə Məmmədova giriş sözü ilə açıb. O, çıxışında erkən nikaha daxil olan xanımların fiziki və pisixoloji cəhətdən buna hazır olmaması, erkən hamiləlik, ana və uşaq ölümləri, yeniyetmələrdə reproduktiv sağlamlıq problemlərinin yaşanması, boşanma hallarının çoxalması, eləcə də qızların təhsildən uzaqlaşdırılaraq cəmiyyətdən təcrid olunmaları barədə geniş məlumat verib. V. Məmmədovarespublikanın şəhər və rayonlarında bu cür halların qarşısının alınması istiqamətində addımlar atılmasını, ailələrlə maarifləndirici söhbətlər aparılmasının vacibliyini qeyd edib.
Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, komitənin əməkdaşı Aysel Abdullayeva mövzu ilə bağlı çıxış ediblər.