Son vaxtlar rayonumuzda təmir-tikinti sahəsində mühüm addımlar atılır. Belə ki, 180 şagird yerlik Xocavənd 2 saylı, 360 şagird yerlik Sarıcalı kənd tam orta məktəblərinin binalarının dövlət vəsaiti hesabına yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir.
Bundan başqa, Ağabəyli kənd ərazisində respublika daxili işlər nazirliyi daxili qoşunlarının əməliyyat taboru üçün hərbi şəhərciyin tikintisinə start verilib.
Bölgə ərazisində Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun yenidən qurulması və Hacıbədəlli kəndində yeni elektrik yarımstansiyasının quraşdırılması başa çatdırılıb.
Yenidənqurma işləri aparılan adıçəkilən kənd məktəblərinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılıb.
“Aran”