V Ümumrespublika Uşaq Forumu üçün seçimlərə başlanılıb


Bu ilin noyabr ayında keçirilməsi planlaşdırılan V Ümumrespublika Uşaq
Forumu üçün seçimlərə başlanılıb. Azərbaycan Respublikası Ailə Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə dəstək Mərkəzi
tərəfindən Ağdam, Ağcabədi, Bərdə, Tərətər rayonlarından 6-18 yaş arası, fikirlərini
sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqların seçilməsi
nəzərdə tutulub.
Forumda uşaq iştirakının əsas məqsədi onların hüquqlarının qorunması,
təbliği, qanunvericilikdə, proqram və layihələrin hazırlanması, həyata keçirilməsində
uşaqların fikirlərinin nəzərə alınması, öz problemlərini söyləmək, təşəbbüslərlə çıxış
edib, tövsiyyələr verməsinə imkan yaratmaq, dövlət oraqanlarının, ictimaiyyət və
vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların
hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi,
ətraf mühitin qorunması, asudə vaxtın səmərəli təşkili, milli adət-ənənə və başqa
mövzular ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Forum öz fəaliyyətində uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq
və milli qanunvericiliyi əsas götürür.
Qeyd edək ki, 30 avqust 2021-ci il tarixdə Ağcabədi rayonunda təşkil edilən
seçimlərdə şəhid Anar Cəfərovun oğlu Rəhman Cəfərov da iştirak edib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər