Bu şəxslər niyə cərimə edildi?

Koronovirus pandemiyası əleyhinə görülmüş tədbirlər nəticəsində karantin
qaydalarını pozan şəxslər barəsində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən müvafiq qaydada cəza tədbirləri həyata keçirilib.
Avqustun 30-da Qaravəlli kənd sakini Abdullayev İmran yas mərasimi təşkil
etdiyinə görə 200, mərasimdə iştirak edən həmin kənd sakinləri Zamin Abdullayev,
Ümid Fərzəliyev hər biri 200 manat məbləğində cərimələniblər.


Rayon ərazisində yerləşən bir neçə obyektlərdə tibbi maskadan istifadə edilmədiyinə
görə eyni qayda ilə cərimələr tətbiq olunub.
Belə ki, Heydər Əliyev prospektində inşaat mallarının satışı ilə məşğul olan
obyekti işlədən Tahir Quliyev 200, Qarabağ küçəsində yerləşən “Oba” marketdə
satıcı işləyən İslam Fərzəliyev isə 100 manat məbləğində cərimə olunublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləÜçlüklər
Növbəti məqalədəTəbrik edirik!

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com